Təhsil Tələbə Krediti Fondunda şübhəli satınalma... - MMC qurumun sədrinə məxsusdur?
16-01-2024 [17:25]
Azərbaycanda hökumətin prioritet hesab etdiyi sahələr sırasında təhsil xüsusi yer tutur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılması bunun bariz nümunəsidir.
Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlərdən biri də Təhsil Nazirliyi sistemində son illər aparılan struktur və kadr islahatları, keyfiyyət və əhatəliliyə əsaslanan strateji təşkilatların yaradılmasıdır. Belə təşkilatlardan biri də Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı 1367 saylı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondudur.
Təhsil almaq istəyən vətəndaşlara bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədi ilə yaradılan bu fond hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Ancaq yayğın iddialara əsasən, fondun hər il müəyyən lotlar üzrə gerçəkləşdirdiyi satınalmaların bəziləri qeyri-şəffaflığına görə dövlət büdcəsindən maliyyələşən müxtəlif qurumların satınalmalarına bənzəyir.
Mia.az-ın məlumatına görə, Yenicag.az Təhsil Tələbə Krediti Fondunun şəffaflığı şübhə doğuran satınalmaları barədə araşdırma aparıb.
Bu araşdırmada fondun keçirdiyi tender qalib gələn təşkilatın Fondun rəhbərliyinə bağlılığını göstərən ciddi faktlar ortaya çıxır.
Qalib şirkət Fond sədrinə məxsusdur?
Araşdırmalarımız zamanı Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma diqqətimizi çəkdi. Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib olub.
“PRİMA CONSALTİNG” MMC 2013-cü ildə təsis edilib. Qurum təsis edilərkən onun ilk qanuni təmsilçisi Əliyeva Nigar Namiq qızı olub. Sonradan qanuni təmsilçi statusu Əliyev Famil Möhübəli oğlu keçib.
Lakin hazırda şirkətin qanuni təmsilçisi Mənsimova Cəmilə Eldar qızıdır. Burada diqqəti çəkən qaranlıq məqamlardan biri “PRİMA CONSALTİNG” MMC-nin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı göstərilən xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunu hansı məkanlarada və neçə respondentin iştirakı ilə keçirməsidir.
Bu barədə məlumatın Fondla sözügedən MMC arasında bağlanan satınalma üzrə müqavilənin predmetini təşkil edib-etmədiyi məlum olamasa da, açıq mənbələrdə həmin informasiyaya rast gəlinmir.
Ancaq bu da şübhə doğuran məqamların sonuncu “bənd”i deyil. İddialara əsasən, haqqında danışılan tenderdə qalib gələn “PRİMA CONSALTİNG” MMC məhz Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsusdur. Bununla bağlı səslənən iddialarda Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyi bildirilir.
Qeyd edək ki, Fondun keçirdiyi tenderdə qalib olan bu MMC-nin sifarişçi təşkilatın rəhbərinə məxsus olmasına dair iddialar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun əsas müddəalarının kobud şəkildə pozulması anlamına gəlir.
Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlə bağlı yuxarıda qeyd olunan iddianın ciddiliyini nəzərə alaraq, həmin məqama aydınlıq gətirilməsi xahişi ilə fonda rəsmi sorğu ilə müraciət etdik. Ancaq təəssüf ki, göndərdiyimiz sorğuya verilən ümumi xarakterli cavabda vurğulanan iddiaya hər hansı formada münasibət bildirilməyib. Cavabda sadəcə olaraq, fondun keçirdiyi tenderlərin müvafiq qanunvericilik əsasında təşkil edildiyi və təsdiqləndiyi qeyd olunub:
“Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Fondun hər il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına malların (işlərin, xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma planına əsasən elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan verilməklə həyata keçirilir. Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas götürülür. Həmçinin, elektron satınalma portalı vasitəsi ilə həyata keçirilən satınalma prosesləri müvafiq dövlət qurumu tərəfindən nəzarət olunmaqla tamamilə aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilmişdir.
Satınalmaların yekununda Tender komissiyasının təsdiq etdiyi yekun protokollar münasibət bildirilməsi və rəy alınması məqsədi ilə dövlət satınalmalarına nəzarət edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir, həmin qurumun müvafiq rəyindən və təsdiqindən sonra qalib təşkilatlarla müqavilələr rəsmiləşdirilir. Satınalmaların yekunu ilə bağlı məlumatlar müvafiq qaydada həm elektron satınalma portalında, həm də Fondun rəsmi saytında yerləşdirilir. Bir daha müraciətinizə görə təşəkkür edərək bildiririk ki, qeyd etdiyiniz iddialar həqiqəti əks etdirmir. Hər-hansı əlavə sualınız yaranarsa hər zaman suallarınızı cavablandırmağa və məsələlərə aydınlıq gətirməyə hazırıq”.
Göründüyü kimi, cavabda Təhsil Tələbə Krediti Fondunun keçirdiyi məlum tenderdə qalib elan olunan MMC-nin faktik sahibinin kimliyi və onun sifarişçi ilə əlaqələrinə dair şübhəli məqamların üzərindən sükutla keçilib, “arzuedilməz” nüanslara toxunulmayıb. Ancaq bu taktika faktların biurdəfəlik ortadan qalxması, yaxud da onların mahiyyətinin dəyişməsi üçün yetərli deyil.
Mövzunu davam etdirəcəyik.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar
“Qarabağ”ın futbolçuları ona pas verəcəkmi? - Şeydayevlə bağlanan müqavilədən həm pul, həm də toy ətri gəlir
Türkiyədə məktəbə hücum: iki müəllim bıçaqlandı
Xankəndidə bayram konserti keçiriləcək
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... - TƏHLİL
Hava Limanına bahalı taksi xidməti... - Rəsmi araşdırma başlandı
"Göztepe" 4 gənc futbolçu ilə müqavilə imzalayıb - FOTOLAR
KTN-nin səlahiyyəti genişləndi - Əli Əsədovdan qərar
"Formula 1": Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan referenduma gedir? - Vitse-spiker anons verdi
Əziz Yıldırım: "Heç kəsi dəstəkləmirəm”
Milli Məclisdə mübahisə: "Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun"
Bu uşaqlara birdəfəlik müavinət veriləcək - QƏRAR
"Gəlin, elə millətə çevrilək ki..." - Zahid Oruc
Bu ölkədə qadın yazarların kitabları qadağan olundu
AMXM-da “Tacik tikmə” dünyası sərgisi açılacaq
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı - FOTO
İrandan ölkəmizə narkotik keçirən şəxs tutulub
Okan Buruk: "Məsuliyyət mənimdir" - "Türkiyə və Almaniya liqaları arasında çox böyük fərq var"
İlkay Gündoğan: "Bu, bizim üçün bir dərs olmalıdır"
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir - Kimlər qatılıb?
ETN-də şübhəli tender: 40 milyonliq kompüter nə üçün alınır?