Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-01-2024 [00:02]
Qoç - günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.
Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.
Buğa - bütün problemləri eyni vaxtda və qısa zamanda həll etməyə çalışırsınızsa, yanlış yol seçibsiniz. İşlər yarımçıq qalacaq. Situasiyanın belə xoşagəlməz istiqamət almaması üçün planlı hərəkət edin. Aramlı fəaliyyət problemlərin tədricən həllinə imkan verəcək.
Gördüyünüz işlərin praktik xeyrə malik olub-olmadığını araşdırın. Sonradan təssüf hissi yarada biləcək qərarlar verməyin.
Axşam saatları yeni tanışlarla ünsiyyət və sizə dəstək verə biləcək insanlarla təmaslar üçün pis deyil. Yaxınlarınızla mübahisə etməyin, münaqişəli situasiya yaratmayın. Sevdiyiniz işlə məşğul olun.
Əkizlər - son vaxtlar yol verdiyiniz səhvlər arzuolunmaz insanların diqqətini cəlb edəcək. İşlərinizin rəvanlığına kimin və ya nəyin mane olduğunu müəyyənləşdirin. Problemlərə rəğmən yolunuz yanlış deyil.
Günün ikinci yarısında sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Ailə işləri, məişət qayğıları, kiçik təmir üçün münasib zamandır. Axşam saatlarında görüşə yollana bilərsiniz. Normal istirahət etməyə çalışın.
Xərçəng - günün ilk yarısında çətin, yerinə yetirilməsi ağır zəhmət tələb edən işdən çəkinməyin. Söhbətlər, müzakirə, aktiv ünsiyyəti başqa zamana saxlayın. Bir qədər əvvəlki hərəkətlərinizi təhlil edin. Müşkül vəziyyətdən çıxış yolu var. Uğursuzluq sizdə rüh düşkünlüyü yaratmasın.
Günün ikinci yarısında həddən artıq emosional davranmayın. Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardım edin. Qəfil tanışlıq səbatlı və uzunmüddətli münasibətlər vəd etmir.
Birgə istirahət xoş təəssüratlar və emosiyalar vəd edir.
Şir - günün ilk yarısında məişət problemləri və ailə qayğılarının intensivliyi artsa da, onları çözmək imkanları var. Düşünülmüş qərarlar qəbul edin, təmkinli olun. Emosiyaların təsiri altında yox, məntiqlə davranın. Hisslərə qapılmayın.
Günün ikinci yarısında maksimal dərəcədə diqqətli və səliqəli olun. Bəzi məsələlərin həllində yaxınlarınız sizə yardım edəcəklər. Təmir, səyahət və köç üçün yaxşı zamandır. Birgə planları müzakirə edin. Axşam saatlarında həssas və qayğıkeş olun. Dostlar, tanışlarla xoş vaxt keçirmək olar.
Qız - bütün istəklərinizi qısa müddətdə həyata keçirmək, sadəcə, mümkün deyil. Fəaliyyətinizdə ardıcıllıq və məntiq olmalıdır. Öz işinizi başqalarına həvalə etməyin. Emosional ağırlıq, pərişanlıq yarana bilər.
Günün ikinci yarısında maliyyə məsələlərində həssaslığı əldən verməyin. Əlavə xərclər yolverilməzdir. Yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etmək üçün normal danışın, aqressivliyə yol verməyin. Ailə rifahınızı təhdid edən problemin çözümünü ertələməyin. Rasiona fikir verin. Səhhətinizi qoruyun.
Tərəzi - adi günlərdən fərqli olaraq rutin işlər, gündəlik məsələlər daha çox vaxt alacaq. Sakit və rəvan həyat üçün gərəkli məqamları aydınlaşdırmağa çalışın. Ən xırda nüans belə, nəzərinizdən qaçmamalıdır. Az öncə yaşanmış hadisələri müzakirə edin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş etməlidir. Azyaşlı qohumlarla təmaslarda alicənab və qayğıkeş olun. Axşam saatlarında taleyinizi sınağa çəkməyin. Romantik hisslərə qapıla bilərsiniz.
Əqrəb - maraqlı insanlarla təmaslar, bilik və təhsil səviyyəsinin artırılması, məsləhətləşmələr üçün yaxşı zamandır. Çətinliklərin öhdəsindən gəlmək istəyirsinizsə, qətiyyətli olun. İradənizi nümayiş etdirin.
Nə zaman susmaq gərəkdiyini, nə zaman da danışmağa zərurət yarandığını anlayın. Ağır fiziki işə qatlananda tənbəllik etməyin. Günün ikinci yarısında aramla çalışın. Səbrli, təmkinli olun.
Yaxınlarınızın davranışı əhvalınızdan asılıdır. Qərar və sözlərinizə onların reaksiyalarını müzakirə edin. Tənqid və iradları ifrata çatdırmayın. Dəyər verdiyiniz insanlar deyinməyinizdən, məsləhətlərinizdən bezə bilərlər.
Oxatan - bədxərclik etməyin. İzafi "səxavət" maddi durumunuza ağır zərbə vura bilər. Bununla belə, ifrat dərəcədə qənaətcil olmayın. Əks təqdirdə sizi simiclikdə suçlayacaqlar. Fikrinizi zərurət duyulmadığı təqdirdə açıqlamayın. Başqalarının nöqsanlarını və çatışmazlıqlarını aşkar müzakirə etməyin.
Günün ikinci yarısında ehtiyatlı, fəndgir olun. Ailə işlərinə və məişət qayğılarına daha çox diqqət ayırın. Güzəştlərə meylli insan təsiri bağışlayın. Sevdiyiniz insan xoş rəftar və qayğıkeşliklə sevindirin.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla bağlı fikir söyləməyə tələsməyin. Dedi-qodulara qatılmayın. Səhhətinizə fikir verin ki, ağrı əhvalınızı pisləşdirib sizi apatik və ya aqressiv insana çevirməsin. Mənasız işlərə qatılmayın.
Günün ikinci yarısı ağır fiziki iş üçün münasib deyil. Adət etdiyiniz ortamda və ya şəraitdə çalışın. Yaxınlarınız sizdə qayğı, diqqətli münasibət gözləyirlər. Narahatlıq mənbəyi olan məsələni qulaqardına vurmayın. Axşam saatlarında romantik hisslər sizi çuğlaya bilər.
Dolça - günün ilk yarısında heç bir zərurət olmadan risk etməyin. Planlaşdırdığınız işlər yalnız ilk baxışdan asan, bəsit təsir bağışlayır. Əslində isə onları başa vurmaq üçün çoxsaylı maneələrlə üzləşəcəksiniz. Pessimist olmayın. İrəliyə doğru qətiyyətlə addımlayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı təcrübəli insanlardan biri sizə yardım edəcək. Eşitdiyiniz məsləhətləri saf-çürük edin. Əsla tələsməyin. Axşam saatlarında romantik hisslər güclənə bilər. Sevdiyiniz insanla görüşün.
Balıqlar - bilin ki, qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın. Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın. Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Milli.Az
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı