Türkiyə superliqası: "Qalatasaray" rəqibini devirdi

img

15-01-2024 [23:09]


Bu gün Trendyol Superliqasının 20-ci həftəsinin qapanış matçında "Qalatasaray" "Mondihome Kayserispor"u qəbul edib.

Mia.az TRT Spor-a istinadla xəbər verir ki, "Aslan" oyundan qalib ayrılıb - 2:1

"Qalatasaray"ın qollarını 26-cı dəqiqədə Viktor Nelsson, 86-cı dəqiqədə isə Mertens penaltidən vurub.

"Kayserispor"un yeganə qolunu 57-ci dəqiqədə Aylton vurub.

Onu da qeyd edək ki, təcrübəli qapıçı Muslera ilk hissənin sonunda rəqibin penalti zərbəsini dəf edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA