"Konyaspor"un baş məşqçisi bəlli olub - Aykut Kocamanın köməkçi komandanın sükanı arxasına keçib

img

15-01-2024 [14:35]


"Fənərbağça"ya 7-1 hesablı məğlubiyyətdən sonra Baş məşqçi Hakan Keleşlə yollarını ayıran "Konyaspor"un yeni baş məşqçisi bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub "Konyaspor"un baş məşqçi vəzifəsinə Aykut Kocamanın köməkçi olmuş  Fahrudin Omeroviçi gətirib.

"Konyaspor"dan verilən açıqlamaya görə, onunla 2023-24 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Safet Suşiç və Aykut Kocamanın köməkçi məşqçisi vəzifəsində çalışan Omeroviç eyni zamanda İstanbulspor, Malatyaspor, Konyaspor və Ankaraspor klublarında da məşqçilik edib. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA