Türkiyədə daha bir israilli futbolçu "qara zolağa" düşdü - Paylaşımına görə (FOTO)

img

15-01-2024 [13:04]


Türkiyə superliqasında çıxış edən “Başakşehir” komandasının israilli futbolçusu Eden Karzevin Qəzzadakı savaşın 100-cü günü ilə bağlı paylaşımı başına bəla olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Başakşehir” Klubu israilli futbolçusu Eden Karzevin Qəzzadakı savaşla bağlı “100 gün” paylaşımı ilə bağlı araşdırmaya başlayıb: “Klubun intizam göstərişlərini pozan Eden Karzevlə bağlı intizam araşdırması başlayıb və bununla bağlı futbolçudan yazılı izahat tələb olunub...”.

Xatırladaq ki, ötən gün "Antalyaspor" - "Trabzonspor" matçında qol vurduqdan biləyindəki İsraillə bağlı yazı paylaşmasına görə "Antalyaspor"lu  Saqiv Jehezkel saxlanılıb. 

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA