"Fənərbağça" daha bir rəqibini məğlub edib

img

15-01-2024 [00:19]


Türkiyə superliqasının 20-ci həftə matçında "Fənərbağça" səfərdə "Qaziantep FK" illə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul komandası oyundan qalib ayrılıb - 0:1.

50-ci dəqiqədə "Fənərbağça" penalti qazansa da, bosniyalı Edin Dzeko bunu qola çevirıə bilməyib.

"Fənərbağça"nın oyundakı yeganə qələbə topunu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub.

Beləliklə, bu qələbə ilə İstanbul klubu xalını 53-ə yüksəldib və lider kürsüsündə möhkəmlənib.

"Qaziantep" isə bu oyunla 11-ci məğlubiyyətini alaraq 21 xalla 15-ci pillədə qalıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA