Qadınları zorlamağa başladılar - İŞİD-dən yeni xəbər

img

15-06-2014 [21:25]


İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının işğal etdiyi ərazilərdə tətbiq etdiyi şəriət qaydalarına görə geyinməyən qadınlar həbs edilir.

 

 İŞİD-in şəhərlərə təyin etdiyi valilər 16 maddəlik şəriət qaydalarını əhaliyə elan ediblər.

 

Şəriət qaydalarına uyğun olaraq şəhərdə yaşayan qadınların zəruri hallar xaricində küçəyə çıxması qadağan edilir. Küçəyə çıxması lazım olan qadınların yanında mütləq ailəsindən bir kişinin olmasını şərtdir. Bu qadınlar çadraya bürünməlidirlər.

 

Bölgədən gələn xəbərlərə görə, bu qaydaları pozan qadınlar həbs edildikdən sonra İŞİD döyüşçüləri tərəfindən təcavüzə mərzu qalırlar.

 

Kişilərin isə dar və bədən xəttlərini göstərəcək paltarlar geyməsi qadağan edilib. Qaydaya əməl etməyənlər cəzalandırılır(Publika.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA