Nazirlikdə 9 milyonluq mənimsəmə: rəis elə faktlar açdı ki... - "O puldan 1 milyon 396 min manat mənə çatıb, rəisimə hətta “Land Rover”, şalvar belə almışam..."
11-01-2024 [09:52]
Müdafiə Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, Rəşid Məlikzadə Müdafiə Nazirliyinin Büdcə və Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq dövlət büdcəsindən ayrılan pulları şişirdərək mənimsəyiblər.
Belə ki, Rəşad Məlikzadə 2017-2022-ci illər Müdafiə Nazirliyinin “N” saylı hərbisəsi və Təlim və Tədris Mərkəzinin maliyyə xidmət rəisi vəzifəsində çalışan zaman 9.369.411,09 manat pul vəsaitini mənimsəyib.
İttihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. O bildirib ki, əməlləri törədib, lakin məbləğ hissəsi ilə razılaşmır.
Məhkəmə ona sərbəst ifadə vermək üçün söz verib.
Rəşad Məlikzadə ifadəsində bildirib ki, 2017-2018-ci illərdə nazirliyinin N saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi olub:
“Nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rafael Xələfovun təqdimatı əsasında maliyyə xidmət rəisi təyin olunmuşam. Təyin olunduğum gündən şərtlər, qaydalar mənə izah olunub. Bildirilib ki, sifarişlər onlarla razılaşdırılaraq şişirtdilmiş rəqəmlər əsasında verilməlidir. Artıq pullar xüsusi kartlar vasitəsi ilə nağdlaşdırılaraq faizlərin nisbəti ilə geri qayıtmalıydı. Belə ki, artıq vurulan pulların 20 faizi Maliyyələşmə şöbəsinə, 40 faizi isə Təftiş şöbəsinə geri qaytarılırdı. Yerdə qalan pullar isə bizə verilirdi. Həmin puldan ildə bir neçə xüsusi tapşırıqlar olurdu, onlara verilirdi”.
Sabiq xidmət rəisi deyib ki, 2017-ci ildə çalışdığı hərbi hissədə təftiş aparılıb:
“Həmin təftişi Azər Məmmədov həyata keçirdi. 153 min manat aşkarlandı. Həmin puldan 92 min manatı Azər Məmmədova təqdim etdim. Lakin indi Azər həmin məbləği inkar edir. 2017-ci ildə təftiş zamanı Müdafiə Nazirliyindən əlavə inspeksiya gəldi. Onlar da yoxlama aparmaq istəyirdilər. Bu zaman mən Təftiş şöbəsinin rəisi Rafael Xələfova zəng elədim, o da kimlərləsə telefonla danışdı. Sonra dedi ki, əlavə 15 min manat verməliyəm. Həmin pulu Rəfail Xələfova göndərdim. Sonra inspeksiya oradan getdi. Həmin il özümə bu yeyintidən 46 min 628 min manat pul qaldı”.
Rəşad Məlikzadə bildirib ki, 2018-ci ildə baş tutan yoxlamalar zamanı hərbi hissədə 849 min manat mənimsəmə aşkarlanıb:
“Həmin yoxlamanı Teymur Teymurov aparmışdı. Həmin yoxlamalardan sonra maliyələşdirməyə, təftişin pullarını verdim. Əlavə olaraq Təftiş şöbəsinin rəisinə 25 min manat Rafael Xələfova, Maliyyələşdirmə şöbəsinin o vaxtı rəisi Nəriman Cabbarova 175 min pul vermişəm. O yoxlamalar zamanı 209 min manat şəxsən özümə qalıb. Həmin ilin sonunda mən artıq Təlim Tədris Mərkəzinə maliyyə xidmət rəisi təyin edildim. 2018-ci ildə baş tutan yoxlamalar zamanı 1 milyon 816 min manat mənimsəmə aşkarlandı. 203 min manat maliyyələşməyə, 270 min manat isə təftişə pul verdim. Xüsusi tapşırıq əsasında 150 min manat Rafael Xələfova, 100 min manat isə Nəriman Cabbarova vermişəm. Həmin ilin yoxlamalarında mənə 315 min manat qalıb”.
Maliyyə xidmət rəisi Təftiş Şöbəsinin rəisi Rafael Xələfova “Land Rover” markalı avtomobil aldığını da deyib:
“Rafael Xələfov bütün işlərin baş qəhrəmanı olub. Amma indi hər şeyi danır, üstündən atır. Mən heç vaxt onlara yalan danışmamışam, qoyduqları şərtlər əsasında təmiz işləmişəm. O vaxt maliyyə xidməti rəislərinin bir çoxu “Land Rover” sürürdü. Bu, bir dəb halını almışdı. Rafael rəisim idi, ona görə mənə dedi ki, maşın istəyir. Tanışım vasitəsilə Almaniyadan ona “Land Rover” gətirdik. Pulunu mənə verdirdi. Həmin maşına 78 min manat ödəmişəm. Rafael Xələfova xırda-xırda çox pul vermişəm. Bir də mağazadan ona 18 min manatlıq geyim almışam. Onun geyindiyi şalvarın da pulunu mən vermişəm. Heç istintaqda dilə gətirmirdim. Gördüm ki, verdiyim pulların hamısını danır, ona görə məcbur qalıb danışdım. Oğlu mebel yığdırmışdı, aparıb ustanın pulunu da mən vermişəm. Qohumları ürək əməliyatı olmuşdu, həkimləri mənim tanışım idi. Pulu vermədilər deyə, 8 min manat mən ödədim. Çox şeylər var ki, burada deyə bilmirəm”.
Rəşad Məlikzadə deyib ki, 2022-ci ilin fevralına qədər Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb:
“Ümumilikdə mənə qarşı verilən ittihamdakı məbləğ 9 milyon 369 min manat olub. Həmin puldan xüsusi tapşırıqlar və maliyyələşmə, təftişə 7 milyon 692 min manat pul vermişəm. Ümümi olaraq 1 milyon 396 min manat mənə çatıb. Həmin zərərdən 150 min manat pul ödəmişəm. O da azadlıqda olduğum müddət zamanı olub. Lakin mənə çatan pulu son qəpiyinə qədər ödəyəcəm”.
Prokuror suallarını cavablandıran təqsirləndirilən şəxs bu maliyə yeyinti sisteminin 2017-ci ildən qurulduğunu deyib:
“1998-ci ildən Azərbaycan Ordusunda maliyyə sahəsində çalışıram. 2017-ci ildə bu sistem quruldu. Sistemi və qaydaları bizə Rafael Xələfov qoyub”.
Proses yanvarın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur(APA)
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı