"Kaş ki, məni də zorlayaydılar"- Seksual aktrisadan açıqlama

img

15-06-2014 [12:11]


Misirli aktrisanın açıqlaması ölkəsində geniş müzakirələrə səbəb olub.

ANS PRESS-in məlumatına görə, misirli məşhur aktrisa Qada Abdel Razek ötən həftə Misirin prezidenti Əbdülfəttah əs-Sisinin Tahrir meydanında cinsi təcavüzə məruz qalan qadını ziyarət etdiyi zaman çəkilən şəkli paylaşaraq yazdığı şərh böyük səs-küy doğurub.

Aktrisa sözügedən şəkli paylaşaraq, cinsi təcavüzə məruz qalmağı arzuladığını və elə olacağı halda, Sisinin onu da xəstəxanada ziyarət edəcəyini bildirib:
"Dünən çəkiliş meydançasında ikən Sisinin xəstəxanada ziyarət etdiyi qadınla fotoşəkilini gördüm. Nə qədər şanslıdır, elə deyilmi? Bizə də kimsə təcavüz edə bilməz?"

"Siz çox hörmət edilən bir prezidentsiniz və sizi seçdiyimiz üçün çox xoşbəxtik" - deyə, aktrisa həmçinin prezidentə öz sevgisini çatdırıb.

Mesajın yayılması ilə ölkədə yüzlərlə adam aktrisaya sərt reaksiya göstərib. Qadanın pərəstişkarları isə onun zarafatla belə dediyini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA