DAHA 4 NƏFƏRİN PREZİDENTLİYƏ NAMİZƏDLİYİ QEYDƏ ALINDI - SİYAHI

img

09-01-2024 [16:37]


Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin namizədliyini qeydə alıb.

Mia.az xəbər verir ki, bu barədə  Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.

Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK tərəfindən indiyədək İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA