Azərbaycan çempionatı: ilk oyunların vaxtı bəlli olub

img

07-01-2024 [12:08]


Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı bəlli olub.

Mia.az xəbər verir ki, yanvarın 9-da günün ilk qarşılaşması saat 15:00-da “Abşeron”la “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Saat 18:00-da “Murov Az Terminal” “Azərreyl” ilə üz-üzə gələcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, “Azərreyl” və “Abşeron” ikinci dövrə ərəfəsində hərəyə 18 xalla 1-2-ci yerləri bölüşdürürlər. “Murov Az Terminal” 15 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki “Gəncə”nin 9, beşinci “Milli Aviasiya Akademiyası”nın 3 xal var. Autsayder UNEC ilk dövrədə xal qazana bilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA