Nuri Şahin "Antalyaspor"la vidalaşdı: "Bu klub mənə inanılmaz dəyər qatdı"

img

30-12-2023 [09:59]


"Bu gün bəlkə də dünyanın ən böyük klublarından birinə gedirəm, amma "Antalyaspor"suz bunu edə bilməzdim".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Antalyaspor"dan Almaniyanın "Borussiya Dortmund" komandasının köməkçi məşqçi təyin olunduğu üçün ayrılan Nuri Şahin vida mesajında deyib.

Şahin bildirib ki, "Antalyaspor ona inanılmaz dəyər qatıb: "Bura mənə inanılmaz bir şans verdi. Bu gün bəlkə də dünyanın ən böyük klublarından birinə gedirəm, amma bunu "Antalyaspor" olmadan edə bilməzdim. Ona görə də sizdən tək istəyim “Antalyaspor”a sahib çıxmanızdır. Hamınız mənə haqqlarınızı halal edin. Varsa, mən haqqımı hall edirəm...".

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA