"Beşiktaş" Filippo İnzaqi ilə danışıqlar aparır? - Yeni iddia

img

25-12-2023 [14:17]


Rıza Çalımbayın baş məşqçi postundan istefaya göndərilməsindən sonra "Beşiktaş" bir neçə mütəxəssislə danışıqlara başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" İtaliya liqasında baş məşqçi olan bir zamanların məşhur futbolçusu Filippo İnzaqi ilə də təmasa keçib.

İddiaya görə, hazırda "Salernitana"nı çalışdıran İnzaqinin müqaviləsi mövsümün sonunda başa çatır və bu səbəbdən onun Türkyəyə gəlməsi problem yaratmayacaq.

Məlumatda o da deyilir ki, "Salernitana" hazırda A Seriyasının sonuncu pilləsində qərarlaşıb. Filippo İnzaqi "Salernitana" ilə 10 oyun keçirib və 2 qələbə, 5 məğlubiyyət və 3 heç-heçə qazanıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA