Hizbullah: "Daha iki üzvümüz həlak oldu"

img

22-12-2023 [14:35]


Hizbullah İsraillə savaşda itki verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanda yerlə.ən qruplaşma bəyanat yayıb.

Bildirilib ki, Livanın cənubundakı sərhəd bölgəsində İsrail ordusu ilə toqquşmalarda qruplaşmanı daha iki döyüşçüsü öldürülüb: "Hizbullah üzvləri Hüseyn Əli İzzəddin və Əbdüləziz Əli Müsulmaninin “Qüds uğrunda” həyatlarını itiriblər"

Məlumata görə, bununla da oktyabrın 8-dən İsraillə baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 121-ə yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA