Ukraynda 40 separatçı ələ keçdi - VİDEO

img

13-06-2014 [15:45]


Ukraynanın Mariupole şəhərində 40 separatçı ələ keçirilib.

Mia.az Anspress.com-a istinadən xəbər verir ki, bu barədə "Donbass” batalyonunun komandiri Semyon Semençenko Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ələ keçirilən separatçılardan 4-ü ağır yaralıdır. Semyon Semençeko bildirib ki, Mariupole şəhərində antiterror əməliyyatları başa çatıb.

Qeyd edək ki, Ukrayna-Rusiya sərhədində separatçılarla ordu qüvvələri arasında döyüşlər gedir. Döyüşlərdə 4 hərbçi ölüb, 31 nəfər isə ağır yaralanıb. Düyüşlərdə separatçılar da itkilər verib. Lakin onların sayı dəqiq bilinmir.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA