Mənzil-tikinti kooperativinin sədrinə cinayət işi açıldı

img

13-06-2014 [14:44]


Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

MİA-ya Baş prokurorluqdan daxil olan məlumata görə, araşdırmalar zamanı 59 saylı Mənzil-tikinti kooperativinin sədri Mübariz Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ üzvlərinin iclasını təşkil etmədən saxta iclas protokolu və maliyyə arayışı tərtib edərək onların əsasında 21 min manat müqabilində 192 kv.m qeyri-yaşayış sahəsinin oğlu Emin Hacıyevə verilməsini rəsmiləşdirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA