Bakıda məktəbli qızı zorladılar - Biabirçılıq

img

10-06-2014 [21:01]


Nəsimi rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan paytaxt sakini V. A-in məhkəməsi başa çatıb


Teleqraf.com-un xəbərinə görə, V. A. Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

V. A. rayon ərazisində 15 yaşlı Vəfaya (ad şərti verilib) təcavüz edib. O, Vəfa ilə seksual xarakterli hərəkətlər edib. Məktəbli qız V. A. tərəfindən müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb. Məktəbli qız hadisəni ailə üzvlərinə danışıb. Bundan sonra polisə şikayət edilib. Şikayət əsasında V. A. tutulub. 

Hakim Şəlalə Həsəmovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. A. 11 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA