"Samsunspor"la "Konyaspor" sülhə razılaşdı (Yenilənib)

img

21-12-2023 [20:09]


Bu gün Trendyol Super Liqasının 17-ci turunun matçında "Samsunspor" doğma meydanda "Konyaspor"la qarşılaşıb.

Mia.az TRTT Spor-a istinadla xəbər verir ki, oyun bərabərə başa çatıb - 1:1

Oyunda “Konyaspor”un qolunu 29-cu dəqiqədə penaltidən Cikalleşi, “Samsunspor”un qolunu isə 68-ci dəqiqədə penaltidən Ntcham vurub.

Bununla da “Samsunspor”la “Konyaspor”un xallarını 15-ə yüksəltsə də, liqadakı sıralaması dəyişməyib.

***

Trendyol Super Liqasının 17-ci turunda bu gün "Yılport Samsunspor" öz meydanında "TÜMOSAN Konyaspor"u qəbul edəcək.

Mia.az Türkiyə mətbuatlına istinadla xəbər verir ki, Samsun Yeni 19 May Stadionunda Bakı vaxtilə saat 18.00-da oynanılacaq qarşılaşmanı baş hakim Murat Ərdoğan idarə edəcək.

Liqada hər iki komandanın 14 xalı var.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA