"Doğuş Teknoloji" Azərbaycanda rəqəmsal transformasiyaya flaqmanlıq edir - Tədbir
20-12-2023 [17:14]
Şirkət iqtisadiyyatı sürətlə inkişaf edən və hər bir sektoru rəqəmsal transformasiya tələb edən Azərbaycanda “Future Forward: Automate & Secure” adlı tədbir keçirib.
Mia.az xəbər verir ki, tədbirdə ölkənin informasiya texnologiyaları ekosisteminin aparıcı simaları iştirak edib. "Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener Türkiyədə olduğu kimi, Azərbaycanın texnoloji transformasiyasında da aparıcı və həlledici rol oynamaq istədiklərini vurğulayıb.
Texnologiya dünyasının transformasiyasına liderlik edən "Doğuş Teknoloji" Azərbaycan informasiya texnologiyaları dünyasının ən önəmli simalarını bir araya gətirən tədbir təşkil edib. Dekabrın 19-da “Hilton Baku” hotelində keçirilən “Future Forward: Automate & Secure” adlı tərəfdaşlıq tədbirində texnoloji dəyişikliklərə səbəb olan ən aktual məsələlər müzakirə olunub və Doğuş Teknoloji tərəfindən təklif olunan həllər təqdim edilib.
"Doğuş Teknoloji"nin texnologiya əməliyyatları və kibertəhlükəsizlik üzrə Baş direktor müavini Eray Gözener çıxışında bildirib: "Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. Biz rəqəmsal transformasiya, süni intellekt, məlumatların idarə edilməsi və kibertəhlükəsizlik sahələrində aparıcı tətbiqlərimiz və həllərimizlə tanınan bir şirkətik. Belə sürətlə inkişaf edən ölkədə qabaqcıl texnologiyalarımızı və tətbiqlərimizi tanıtmaq istədik və iştirakçılara ruhlandırıcı təcrübələr təqdim etməyi qarşımıza məqsəd qoyduq. Biz Türkiyədə olduğu kimi, Azərbaycanın da texnoloji transformasiyasında aparıcı və həlledici rol oynamaq istəyirik. Bu ölkədə dəyişiklik və innovasiyanın qapılarını açmağa çalışırıq".
Rəqəmsal transformasiya sahəsindəki vacib məsələlər müzakirə edildi
Brandefense, Monofor, Caspisec, HPE Aruba və Netex kimi biznes tərəfdaşları tərəfindən dəstəklənən Doğuş Teknolojinin tərəfdaşlıq tədbirində robot proseslərinin avtomatlaşdırılması (RPA) texnologiyasının üstünlükləri vurğulanaraq, yeni məzun olan işçinin gördüyü işləri yerinə yetirən "virtual işçi" konsepsiyası təqdim edildi. Virtual işçilərin üstünlükləri arasında 7/24 işləmə xüsusiyyəti ilə fasiləsiz xidmət, artan məhsuldarlıq, işçilərin daha dəyərli işlərə yönəldilməsi və korporativ yaddaşın qorunması ön planda idi.
Kibertəhlükəsizliyə gəlincə isə, identifikasiya və girişin idarə edilməsindən tutmuş təhlükəsiz giriş xidmətinə (SASE) qədər bir çox məsələlərə diqqət yetirildi. Bu texnologiyaların təşkilatları gücləndirməsinə imkan verən bir neçə strategiya sadalandı. Xüsusilə identifikasiya və girişin təhlükəsiz idarəedilməsində çoxfaktorlu autentifikasiya, imtiyazlı giriş idarəetməsi və uzaqdan işləyən işçi qrupları üçün təhlükəsiz birdəfəlik giriş kimi məsələlər vurğulanmışdır.
"Doğuş Teknoloji" haqqında
"Doğuş Teknoloji" şirkəti 2012-ci ildə informasiya texnologiyaları sahəsində dəyər yaratmaq məqsədi ilə yaradılıb. Hazırda 10-dan çox sektorda bir çox şirkətə xidmət göstərən, müştəriyə fokuslanan, xüsusi hazırlanmış texnoloji həllər təklif edən, eyni zamanda araşdırma mərkəzi olan bir texnologiya şirkətidir. Şirkət orta yaş həddi 33 olan 400-dən çox işçisi ilə yeni texnologiyaları yaxından izləyir, çevik və etibara əsaslanan iş mədəniyyəti ilə İT sektorunun qabaqcıl şirkətləri arasındadır. Türkiyədə və qlobal bazarda texnologiyanı inkişaf etdirən bir marka olaraq avtomobil, maliyyə, faktorinq, operativ lizinq, nəqliyyat vasitələrinin yoxlanılması, sığorta proqramları, loyallıq proqramları və e-ticarət sistemləri kimi bir çox sahədə texnologiya xidmətləri dəstəyi verir. Şirkət 24 müxtəlif qlobal biznes tərəfdaşının gücü və dəstəyi ilə RPA, məlumat analitikası və proqnozlaşdırma, süni intellekt və maşın öyrənməsi, Generativ AI, mobil və veb-proqramlar, ERP və CRM kimi müəssisə həllərində qabaqcıl təcrübəyə malikdir.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub