Rövnəq Abdullayev Elşad Nəsirova vəzifə verdi

img

15-12-2023 [11:57]


Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun tərkibi bəlli olub.

Mia.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov İşçi Qrupunun sədri olub.

Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin ediliblər.

Bu gün İşçi Qrupunun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA