Bakıda bir neçə ticarət mərkəzinin fəaliyyəti dayandırıldı - VİDEO
15-12-2023 [10:46]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda yanğın təhlükəli ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırıb.
Mia.az FHN-ə istinadla xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;
- obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;
- obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;
- elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;
- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;
- obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;
- obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;
- obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;
- ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;
- ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
Xalq artisti Mənsum İbrahimov Gəncədəki konsertini təxirə saldı: "Türkiyənin şəhidi bizim şəhidimizdir"
75 yaşlı kişi içkidən ölüb - Xırdalanda
SOCAR yeni müəssisə yaradıb
İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: "Ürəyimin yarısı içəridə qaldı"
XİN açıqlama yayıb
Qəzada şəhid olan pilotla bağlı ürəkdağlayan məqam... - 4 ay sonra ata olacaqdı (FOTO)
Mourinyo klubda narazılıq yaradıb - 6 yeni oyunçu tələb edir
Zakir Həsənov Bosniya və Herseqovinada - FOTO
Azərbaycan nefti 2.7 dollar bahalaşdı