Avropa Liqası: "Qarabağ" İsveç komandasına qalib gəldi - YENİLƏNİB

img

14-12-2023 [23:39]


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" Bakıda İsveçin "Hakken" komandasını qəbul eidb.

Mia.az xəbər verir ki, saat 21.45-də başlayan oyunun  44-cü saniyəsində "Qarabağ" hesabı açıb.

Leandro Andrade qapçının səhvindən yararlanıb - 1:0.

45+3-cü dəqiqədə isə "Qarabağ" Yassin Benzianın qolu ilə fərqi artırıb - 2:0

İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə hesab dəyişməyib - 2:0

Beləliklə, "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA