Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza kəsilib

img

13-12-2023 [14:40]


AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Record Club”un futbolçusu Emil İsrəfilovu 4 oyunluq cəzalandırıb.

Mia.az xəbər verir ki, buna onun “City Baku” ilə qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibini bilərəkdən əli ilə vurması səbəb olub. İsrəfilov qırmızı vərəqə ilə cəzalanmışdı.

Eyni turnirdə mübarizə aparan “Qarxun”da isə köməkçi məşqçi Akif Rəhimov 5 matçlıq cəza ilə üzləşib. Mütəxəssis “Ağstafa Gəncləri” ilə oyunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

AFFA U-15 Liqasında "Zirə"nin futbolçusu Kamal Qasımlı "Sabah"la görüşdə hakimi təhqir etdiyi üçün 4, komandanın baş məşqçisi Yasin Yaqubzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

U-17 Qızlar Liqasında “Baku Sportinq”in baş məşqçisi Aliyə Vəliyeva "Sumqayıt"la dueldə referi köməkçisinin ünvanına qeyri-etik ifadələr işlətdiyindən 5 matç texniki zonada yer almayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA