Hakimi döyən klub prezidenti xəstəxanaya yerləşdirilib

img

12-12-2023 [10:39]


Trendyol Super Liqasında "Çaykur Rizespor"la oynadıqları matçdan sonra hakim Halil Umut Melərə hücum edərək yumruqlayan "MKE Ankaragücü" klubunun prezidenti Faruk Koca xəstəxanaya yerləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Faruk Kocanın ürək nahiyyəsində problem yaranıb və o, bu səbəbdən 24 saat müşahidə altında saxlanılacaq.

Məlumata görə, hadisədən sonra yüksək təzyiq və döş qəfəsində ağrı şikayətləri ilə Medicana Xəstəxanasına gələn Kocanın həkimi Professor Ərdoğan İlkay bu barədə jurnalistləri məlumatlandırıb: "Daha əvvəl sağ tac arteriyasına stent qoyduğumuz pasiyentimiz bu gün 190-120 qan təzyiqi və döş qəfəsində təzyiq hissi ilə təcili yardımla xəstəxanaya gətirilib. Onun ürək nahiyyəsində ciddiyə alınacaq dəyişiklikər var. Hazırda müşahidə altındadır. 24 saat ərzində iki saatdan bir müaynə olunacaq. Bundan sonra qərar veriləcək".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA