İlhamə Quliyevanın bacısı ilə müğənni arasında qalmaqal: "Onu heç vaxt yaxınına buraxmayıb"
11-12-2023 [14:00]
“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub”.
Mia.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva qonaq olduğu “O üz” verilişində deyib.
O, İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyevi işlətdiyi sözlərinə görə məhkəməyə verəcəyəni deyib: “Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib. Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”
Xatırladaq ki, Əli Mirəliyev bir müddət əvvəl müsahibələrin birində “Gülbahar, utanmadın, gəlib onun avtomobilinə, şəhərdəki evlərinə, bağına sahib oldun? Sən onun düşmənisən. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamənin qardaşı dünyasını dəyişib. İlhamə digər bacısı İradəni çox istəyirdi. Lakin Gülbahardan zəhləsi gedirdi.
Bunu mən çox yaxşı bilirəm. İlhamə qızıma vəfat etməzdən əvvəl demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri ögey bacılarına qismət oldu, amma xarici pasportu mənə” fikirlərini səsləndirmişdi.
Qeyd edək ki, İ.Quliyeva sağlığında “Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm” açıqlamasını vermişdi. Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib.
O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb.
İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır(Bizmmedia).
MİA.AZ
Hizbullah İsrail tankını vurub - Ölən və yaralananlar var
Ərdoğanın İraqa səfərinin görünməyən tərəfləri... - TƏHLİL
Elan saytlarında saxta məlumatlar yerləşdirən şəxs tutulub
Mərkəz rəhbəri Anar Məmmədli həbs olundu - (YENİLƏNİB)
İlham Əliyev Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib - Müzakirə (FOTOLAR)
Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
“Nizami” kinoteatrı ilə bağlı müəmma: proses necə həll ediləcək?
"Fənərbağça"dan Dzeko ilə bağlı açıqlama: "Yalan xəbərdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
KTN bu TV-yə 32 min pul verəcək - Təbliğat üçün
Ceyhun Bayramov Əlcəzair XİN başçısı ilə görüşüb - Qətərdə
Şuşaya gələn ay 20 ailə köçürüləcək - Püşk atıldı
"İttiham xarakterli iddiaları qətiyyətlə rədd edirik" - Mətbuat katibindən nazirin fikirləriə sərt reaksiya
Müsavatda qurultay: Osman Kazımov namizədliyini geri götürüb
Səhiyyədə daha bir şübhəli tender: niyə ən yuxarı qiyməti təklif edən şirkət qalib elan edilib? (SƏNƏDLƏR)
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb
Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri "Oba"nı məhkəməyə verdi - Qalmaqal
Müxalif lider spikerin üzünə belə dedi: "Qanunlara əməl edilməyəcəksə, onu dəyişdirsək, nolur ki?"
Doha Bəyannaməsi: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib
Deputat onu qınayanlara sərt cavab verdi: “Əşşi, heç vecimə də deyil o saytlar nə yazır”
May ayında 5 bürcün sahiblərini uğurlu günlər gözləyir - SİYAHI
Millimiz yoldaşlıq oyunu keçirəcək
Səhiyyə Nazirliyinin tabeliyindəki qurumda əməliyyat: vəzifəli şəxslər saxlanılıb? (Yenilənib)
Keniyada güclü daşqın: ölənlərin sayı 169-a çatıb
Ceyhun Bayramov Qətərin baş naziri ilə müzakirə aparıb
"Abzas Media" işi: Elnarə Qasımova həbsdən buraxılmadı
Külək güclənəcək, sel olacaq - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Hərbi xidmətə çağırış: müayinə qaydası dəyişir
Abid Şərifovla "Rabitəbank"ın arasında nə baş verir? - Qalmaqal
Aktrisa aktyorla sevgisini etiraf elədi: "Çox xoşbəxtəm”
Komissiya itkin düşmüş şəxslərin adlarını açıqladı - SİYAHI
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Xalq artisti efirdə ağladı: “Ona halallıq vermirəm” - VİDEO
Bayden Misir prezidenti və Qətər əmirindən HƏMAS-a təzyiq etmələrini istədi: "Əgər İsrailin təklifi qəbul ediləsə..."
Keçmiş spiker maraqlı fakt açıqladı: "Əlindən tutub deputat elədiklərim qaçıb gizləndi..." - "O, mənim qəhrəmanımdır"
"Fənərbağça" pulsuz göndərdi - PAOK "can çəkir"