Rusiyada məktəbli qız dəhşət saçdı: 1 şagirdi öldürdü, 5-ni yaraladı, daha sonra isə...

img

07-12-2023 [13:08]


Rusiyanın Bryansk şəhərində 8-ciu sinif şagirdi olan qız məktəbdə sensasiyalı akta imza atıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan qız silahla məkətbə gələrək, orada bir nəfəri güllələyərək öldürüb.

Rusiya mətbuatı yazır ki, qız daha sonra 5 nəfəri güllə yağışına tutub: "Onlar müxtəlif nahiyələrindən yaralanıblar. Daha sonra isə məktəbli qız özünü öldürüb".

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə Byransk şəhərində 5 nömrəli məktəbdə baş verib: "Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, yaralılar xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb".

Məlumata görə, qızın güllələdiyi məktəblilər sinif yoldaşlarıdır: "Onlar arasında bir neçə dəfə dava olub...".

Xəbərdə o da deyilir ki, məktəbdə dəhşət saçan şagirdin atası saxlanılıb.

İstintaq davam edir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq