İlham Əliyev Putinə məktub yazdı - Tam mətn

img

11-06-2014 [22:41]


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putini Rusiyanın dövlət bayramı münasibəti ilə təbrik edib.

MİA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.Xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.

Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcək. Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA