Dünyaca məşhur döyüşçü baş nazirliyə namizəd oldu: "35 yaşım var..." - FOTO

img

05-12-2023 [18:16]


Dünyaca məşhur irland döyüşçü Konor Makqreqor İrlandiyada baş nazirliyə iddiasını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosiaL media hesabından paylaşım edib.

Makqreqor açıqlamasında digər namizədlərin "bostanına daş atmağı" da unutmayıb: "Gerry 78, Berti 75, Enda 74 yaşındadır. Mənə də baxın, 35 yaşım var. Gənc, aktiv, yaxşı dinləyiciyəm. Xalqa dəstək oluram. Üstəlik, pul qaynağı da yarada bilərəm".

Uzun müddətdir rinqə çıxmayan qaydasız döyüş üzrə usta idmançı daha sonra rəqiblərinin xalqa saymadığını iddia edib: "Onların hər birinin öz partiyası ilə qırılmaz bağları var. Onlar öz partiyalarından kənarda camaatın nə hiss etdiyi ilə maraqlanmırlar. Partiyalarını düşünənləri deyil, xalqın yanında olan mənə baxın..."

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq