Türkiyənin İraqın Mosuldakı Baş Konsulluğu terrorçular tərəfindən ələ keçirilib

img

11-06-2014 [17:25]


İraqın şimalındakı Mosul şəhərini nəzarətə götürən "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatının silahlıları Türkiyənin bu şəhərdəki Baş Konsulluğunun binasını ələ keçirib.APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İŞİD təxminən 900 nəfərlik qüvvə ilə konsulluq binasına basqın edib. Baş konsul Öztürk Yılmaz və digər diplomatların girov götürüldüyü bildirilir.

Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda kəşfiyyatın rəhbəri Hakan Fidan və bəzi nazirlərin iştirakı ilə fövqəladə toplantı keçirir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA