BMT: "Qəzza xalqı ölüm, dağıntı və xəstəlik çəmbərində yaşayır" - "Ümidlər puça çıxdı"

img

02-12-2023 [09:59]


"Qəzza xalqı ölüm, dağıntı və xəstəlik çəmbərində yaşayır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və Humanitar Məsələlər və Fövqəladə Yardım üzrə koordinatoru Martin Qriffits deyib.

O bildirib ki, Qəzza xalqının artıq gedəcəyi təhlükəsiz yer qalmayıb: "Bu gün saatlar ərzində orada yenə çoxlu sayda insan həlak olub və yaralanıb. Ailələrə yenidən əraziləri boşaltmaq tapşırılıb. Təəssüf ki, atəşkəs zamanı yaranan ümidlər puça çıxdı".

Baş katibin müavini müharibəyə son verilməsini tələb edib: "Atəş dərhal dayandırlmalı və problemlər danışıqlar yolu ilə həllini tapmalıdır".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq