7 il axtarışda olan keçmiş polis rəisi saxlanıldı

img

30-11-2023 [00:05]


FETÖ üzvü olmaqda ittiham olunan keçmiş polis rəisi həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 7 ildir FETÖ üzvü olmasına görə axctarışda olan Ergün Doğru bu gün Ankarada qandallanıb.

Məlumata görə, Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində FETÖ silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə 2016-cı ildən axtarışda olan polis rəisi Ergin Doğru Keçiören mahalında əməliyyatla tutulub: "O, 7 il ərzində tutulmamaq üçün xarici görkəmini dəyişdiribmiş. Bununla belə, sabiq rəis telefonla bu müddətdə daşımaqdan yayınıb, tez-tez ünvanını dəyişəərk, həbsdən yayına bilib".

Məlumatda deyilir ki, polisdəki ifadəsindən sonra məhkəməyə sövq edilən Doğru barəsində həbs qətimkan tədbiri seçilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq