Türkiyədə ölkəboyu əməliyyat: axtarışda olan 1034 nəfər tutulub

img

28-11-2023 [09:47]


Türkiyədə axtarışda olanlara qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 81 şəhərdə eyni vaxtda keçirilən əməliyyatla müxtəlif maddələrlə axtarışda olan 1034 nəfər saxlanılıb.

Bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.

Nazir bildirib ki, 24 min 483 şəxsi heyətlə ümumilikdə 4 min 348 məkan, 4 min 483 mənzildə axtarış aparılıb: "Qaçaq cinayətkarların küçələrimizdə dolaşmasına heç vaxt icazə verməyəcəyik. Ailələrimizin dincliyini pozmalarına icazə vermədik və verməyəcəyik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR