AFFA Hüseyn Hüseynovu 4 matçlıq cəzalandırıb

img

23-11-2023 [16:58]


AFFA U-15 Liqasında keçirilən "Lion" - "Ulduz" (Mingəçevir) görüşündə futbolçular arasında dava düşüb.

Mia.az xəbər verir ki, İntizam Komitəsi "Lion"un oyunçusu Hüseyn Hüseynovu 4 matçlıq cəzalandırıb.

Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün 4 qarşılaşmalıq diskvalifikasiya edilib.

Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi vurmağa cəhd göstərdiyi üçün 2 oyunluq cəza alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA