Pakistan vətəndaşı Azərbaycanda saxlanıldı

img

22-11-2023 [15:58]


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-dən Mia.az-a bildirilib ki, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı - 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR