İranla sərhəddə əməliyyat: 28 yaşlı Goranboy sakini saxlanıldı - FOTO

img

16-11-2023 [14:48]


Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Mia.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla xəbər verir ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR