Netanyahu Qəzzanı istila etdiklərini dedi: "Girə bilməyəcəyimiz dedikləri hər yerə girdik, girəcəyik..."

img

15-11-2023 [20:22]


İsrailin baş naziri Binyamin Netanyahu yüzlərlə yaralının olduğöu, minlərlə köçkün fələstinlinin sığındığı Şəfa xəstəxanasına edilən basqından danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Netanyahu bu barədə Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail ordusunun hərbi təlim düşərgəsində söz açıb.

O, bu hücumu təqdir edib: "Qəzzanı istila edə bilməyəcəyimizi dediklərini xatırlayırsanıml? Biz istila etdik. Qəzza şəhərinin mərkəzi və kənar məhəllələrinə girə bilməyəcəyimizi dedilər, ancaq girdik, yenə girəcəyik. Şəfa xəstəxanasına girə bilməyəcəyimizi dedilər, orada girdik. Bizim hərbçilərimizin girə bilməyəcəyi nöqtə yoxdur, ola bilməz".

Netanyahu dünən axşam ABŞ prezidenti Co Baydenlə telefonla danışdığını da xatırladaraq bildirib ki, Qəzzaya hücum qələbəyə qədər davam edəcək.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR