Milli Məclisin növbəti plenar iclası: 14 məsələ müzakirəyə çıxarılıb - SİYAHI

img

14-11-2023 [11:00]


Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Mia.az xəbər verir ki, iclasda 14 məsələ müzakirəyə çıxarılıb:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş)

4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş)

5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş)

6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

11. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

12. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

13. Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi

14. Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi


Digər xəbərlər
SON XƏBƏRLƏR