Oqtay Sadıqzadənin göy qurşağında portretlər qalereyası...
14-11-2023 [11:28]
Toğrul İman oğlu Cəfərli,
Naxçıvan Dövlət Universiteti
***
Özünəməxsus mövzuları, zəngin süjetləri ilə dünya incəsənətinə mühüm uğurlar qazandıran Azərbaycan rəssamlığı tarixində portret janrı daim realizmə bağlılığı ilə səciyyələnmiş və yeni nəsil rəssamlar formalaşmasına ciddi təsir göstərmişdir.
Şübhəsiz ki, portret janrı yaradıcı insandan xüsusi məsuliyyət, məxsusi sənətkarlıq qüdrəti tələb edir. Bu cəhətdən təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadə XX əsrin əvvəllərindən etibarən məhz portret janrında özünü ifadə etmiş və bu janrda ciddi sənət nümunələri meydana gətirmişdir.
Oqtay Sadıqzadə tərəfindən çəkilmiş və Azərbaycan rəssamlığının incilərinə çevrilmiş sənət əsərlərinə əsaslanaraq bir neçə mühüm məqamı ayrıca qeyd etməyi lazım bilirik:
1. Məsələ ondadır ki, çar, yaxud sovet Rusiyasının anti-Azərbaycan siyasətinin mühüm istiqamətlərindən biri də xalqı təmsil edən görkəmli şəxsiyyətlərin arxa planda saxlanılması, bu yolla şanlı tariximizi unutdurmaq olmuşdur. Qüdrətli sənət adamları isə öz portret əsərləri ilə sözün əsl mənasında milli ideologiyaya xidmət etmişlər.
Daha əhəmiyyətlisi isə Oqtay Sadıqzadənin yaratdığı portretlərdə həyatlarını və fəaliyyətlərini müstəqil dövlətçiliyə həsr etmiş dahi şəxsiyyətlərin monumental surətləri ilə qarşılaşırıq. Bəli, realist rəssam öz əsərlərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi, Akademik Zərifə xanım Əliyevanı, müasir Azərbaycanın elm və incəsənət sahəsində tanınmış şəxsiyyətlərini canlandırmışdır. Təbii ki bu, müstəqillik dövründə Azərbaycanın artan rolu və özünün tarixi zəminin qüvvətləndirilməsini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir desək, yanılmarıq.
2. Əbədi obrazlar: O, dünya ədəbiyyatının klassiklərinin əsərlərinə illüstrasiyalar yaratmış və bu illüstrasiyalar obrazların dərin və qarşılıqlı münasibətini, tipikliyini yansıtmışdır.
3. Kompozisiya və rəngkarlıq: Oqtay Sadıqzadə portretlərini klassik rəngkarlıq prinsiplərinə əsaslanan qrafik əsərlər şəklində yaratmışdır. O, kompozisiya ilə şəklin ətrafındakı əşyaların münasibətini diqqətlə işləmiş və bu, portretlərin bədii strukturunu və tamlığını artırmışdır.
Oqtay Sadıqzadənin portret yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişafında əhəmiyyətli bir rol oynamış, müstəqillik dövrünün simvollarını və mühüm şəxslərini incəsənət vasitəsilə əks etdirmiş və bu sayədə bir çox gözəl və dəyərli əsərlər yaratmışdır. Oqtay Sadıqzadənin portretləri tarixi və mədəni incəsənətə olan özünün yüksək təqdimatıdır və Azərbaycanın mədəni irsini zənginləşdirməkdədir. Onun portretləri Azərbaycanın mədəniyyətinə dair zəngin bir incəsənət və ictimai məzmun əks etdirir.
Oqtay Sadıqzadə portretlərini həmçinin klassik rəngkarlıq prinsipləri və kompozisiya tərzində işləyərək obrazları rəng bədiiyyatı ilə təsvir edir. Əsərlərində realistika ilə yanaşı, onun müstəqil bədii üslubu da görünməkdədir.
Oqtay Sadıqzadənin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi və 1999-cu ildə yaratdığı “Azərbaycan Respublikasının Prezidenti, Zati Aliləri Cənab Heydər Əliyev” adlı portreti bir neçə mühüm məqamı özündə ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin monumental surətini əks etdirən portret rəssamlıq sənətində bir çox “izm”lərin vəhdəti əsasında yaradılması baxımından diqqəti cəlb etməkdədir. Bu portreti yaradarkən müəllif ilk növbədə dahi şəxsiyyətə məxsus əzəmət və vüqarı canlandırmışdır.
Maraqlıdır ki, rəsm əsərində dahi öndərin portreti canlı həyatla vəhdətdədir. Ulu Öndərin baxışları birbaşa uzaqlara, daha doğrusu, Azərbaycanın sabahına dikilib. Əslində Heydər Əliyevin əlindəki proqram Müstəqil Azərbaycanın gələcəyinə hesablanmış dövlət sənədidir. Bu mənada, portretdəki digər elementlər, o cümlədən, salonun nəhəng sütunları belə Heydər Əliyevin monumental şəxsiyyəti ilə müqayisədə kölgədə qalır.
Rəssamın əsərləri sırasında Akademik Zərifə xanım Əliyevaya həsr etdiyi portret bir neçə cəhətdən diqqəti cəlb etməkdədir.
Portretdə təsvir olunan bütün elementlər – zərif bir güldan içərisində rəngarəng çiçəklər, milli ornamentlərlə bəzədilmiş masa, eləcə də, portretin işıq saçan fonu Zərifə xanım Əliyeva şəxsiyyətinin zərifliyindən, sabaha inamından, nikbin dünyagörüşündən xəbər verməkdədir. Bu rəsm əsəri, eyni zamanda, Azərbaycanın elit, modern dünyaya çıxışını təsdiqləməkdədir. Rəssamın bu əsəri Azərbaycanın portret rəssamlığında “barokko” üslubunun mövcudluğunu da təsdiqləməkdədir. Rəsm əsərinin ən böyük müsbət cəhəti sadəliyində, sadə olduğu qədər də zənginliyindədir.
Bəli, milli rəssamlıq sənətimizin inkişafında mühüm rol oynayan Oqtay Sadıqzadənin bir-birindən rəngarəng portretlər qalereyası çağdaş Azərbaycan incəsənətinin sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və monumentallığı ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.
MİA.AZ
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR