Türkiyə superliqası: "Fənərbağça" xal itirdi - FOTO

img

13-11-2023 [00:10]


Trendyol Super Liqasının 12-ci həftəsində "Adana Dəmirspor" öz meydanında "Fənərbağça"nı qəbul edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Beləliklə, "Qalatasaray"ın "Hatayspor"a 2-1 hesablı məğlubiyyətindən sonra xal fərqini artırmaq istəyən "Fənərbağça" bu şansdan yararlana bilməyib. 

Bu oyundan sonra xalını 31-ə yüksəldən "Fənərbağça" top fərqi üstünlüyü ilə həftəni lider olaraq tamamlayıb.

Ev sahibi “Adana Dəmirspor” isə 22 xalla liqada 3-cü pilləyə yüksəlib.

Yeri gəlmişkən, bu oyunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella tribunadan canlı izləyib.  Adana azarkeşləri onu  alqışlarla qarşılayıblar.

Fərid ASLAN

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA