NATO Rusiya sərhədinə tankları yığmağa başladı - VİDEO

img

08-06-2014 [23:36]


İyunun 5-dən başlayaraq Şimali Atlantika Alyansının - NATO-nun yüzlərlə tankı Litvanın Klaypeda limanına daşınır. Bu barədə "Delfi" agentliyi foto və video yayıb.


Axar.az xəbər verir ki, ağır texnika Alyansın son illərin ən nəhəng "Saber Strike - 2014" (Qılıncla zərbə) adlı təlimləri üçün gətirilib. Bərə vasitəsi ilə NATO-nun "Leopard", "Piranya" və bu tipli ağır hərbi texnikası daşınıb. 
 
Xatırladaq ki, tank və digər ağır texnikadan başqa Litvaya tibbi və digər personal təmsilçiləri də gəliblər.
 
Litvada keçiriləcək NATO-nun bu böyük hərbu təlimi son aylar Rusiyanın Ukraynaya və Baltikyanı ölkələrə təhdidinə cavab kimi qiymətləndirilir. Litva prezidenti Rusiyanın bu aqressiyasına qarşı ən sərt mövqe göstərən və NATO-dan Baltikyanı ölkələrin müdafiəsi üçün yardım istəyən liderlərdən sayılır. 

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA