Luçesku "Beşiktaş"a dönür - "Görək, bu anlaşma olacaqmı?"

img

07-11-2023 [09:59]


Şenol Günəşlə yollarını ayırdıqdan sonra Burak Yılmazla yola davam edən "Beşiktaş"ın Baş məşqçisi vəzifəsinə sürpriz namizədin adı hallanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl Kiyev "Dinamo"sundan istefa verən və aktiv futbol karyerasını bitirdiyi deyilən Mirça Luçesku ilə İstanbul klubunun rəhbərliyi arasında gizli danışıqlar gedir.

Məlumata görə, klub prezidenti vəzifəsinə seçkiyə hazırlaşan "Beşiktaş"la anlaşmaq üzrə olduğu deyilir.

Rumıniyalı jurnalist Decebal Radulesku da bu iddianı təsdiqləyib: "Məlumat aldım. Mirça Luçesku "Beşiktaş"la görüşür. Görək, bu anlaşma olacaqmı?".

Xatırladaq ki, rumıniyalı məşqçi 2003-cü ildə "Beşiktaş"ın 100-cü ilində komandanı çempion edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA