Ağ Ev-dən Aralıq dənizinə nüvə başlıqlı sualtı gəmi göndərilməsinə reaksiya: "Bu, bölgə dövlətlərinə mesajdır"

img

07-11-2023 [09:31]


ABŞ-ın iki təyyarədaşıyan nəhəng gəminin ardınca Mərkəzi Komandanlığın tabeliyində olan nüvə başlıqlı sualtı gəmilərindən birini Aralıq dənizinə - İsrail sahilinə göndərməsi dünyanı ayağa qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın əksər ölkələrinin, o cümlədən bölgədəki ərəb ölkələrinin sərt etirazlarından sonra Ağ Ev bu addımla bağlı qısa açıqlama verib.

Ağ Evdən bildirilib ki, Yaxın Şərqdə bəzi ölkələrin İsrailə qarşı hərəkətlənmək cəhdləri var və bu qərar onlara açıq xəbərdarlıqdır: “Yaxın Şərqdəki qüvvələrimizin mövqeyinin dəyişdirilməsi münaqişəni qızışdırmağa və ya ona daxil olmağa çalışanlara qarşı açıq çəkindirmə mesajıdır".

Xatırladaq ki, bu qərardan əvvəl İsraildə hökumət üzvü olan nazii Eliyahu radio proqramında Qəzzaya nüvə bombası atmağın vacibliyini deyib.

Bu açıqlamadan sonra o, Netanyahu tərəfindən hökumətin iclaslarından uzaqlaşdırılsa da, sözləri dünya gündəminin bir nömrəli mövzusu oldu.

Səudiyyə Ərəbistanı, Qətər və İordaniya hökumətləri də israilli nazirin qalmaqallı bəyanatından sonra bəyanatlar yaylblar. 

Tahir ŞƏLVƏLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR