Stoltenberq I Abdullahla bir arada: "NATO Yaxın Şərqdəki vəziyyəti çox diqqətlə izləyir və..."

img

07-11-2023 [00:21]


"NATO Yaxın Şərqdəki vəziyyəti çox diqqətlə izləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında İordaniya kralı II Abdullahla görüşdə deyib.

Qapalı görüşdən sonra açıqlama evrən Baş katib bildiriib ki, Abdullah Şimali Atlantika Şurasının toplantısına qatılıb və orada çıxış edib: "NATO Yaxın Şərqdəki vəziyyəti çox yaxından izləyir. Qəzza və ətrafdakı vəziyyətdən dərin narahatıq. İsrailin özünü müdafiə etmək hüququ var, lakin mülki insanları qorumaq da vacibdir. Mən bu istiqamətdə səyləri alqışlayıram. Qəzzaya humanitar yardımın çatmasını təmin etmək vacibdir".

Baş katib vurğulayıb ki, İran və Hizbullah vəziyyətdən istifadə etməməlidir.

İordaniyanın NATO-nun bölgədəki ən yaxın tərəfdaşlarından biri olduğunu bildirən Stoltenberqin sözlərinə görə, NATO Yaxın Şərq və Şimali Afrikada sabitlik və təhlükəsizliyə töhfə vermək üçün Aralıq dənizi daxil olmaqla, bölgədəki tərəfdaşları dəstəkləməyə tam sadiqdir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR