PUTİN TARİXİ QƏRARINI VERDİ: martda prezidentliyə yenidən namizəd olacaq

img

06-11-2023 [13:55]


Rusiya prezidenti Putin 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan xəbər Kremldən təsdiqlənib.

Məlumatda deyilir ki, Rusiya lideri gələn ilin martında keçiriləcək seçkilərdə iştirak edəcək: "O, bu ay namizədliyini rəsmən elan edəcək"

Xatırladaq ki, 1999-cu ildə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin tərəfindən prezidentliyə yolu açılan Putin SSRİ lideri İosif Stalin dövründən bəri Rusiyada iqtidarda uzun müddət qalan liderdir. Putin hətta SSRİ lideri Leonid Brejnevin 18 illik səlahiyyət müddətini də keçib.

Oktyabrın 7-də 71 yaşı tamam olan keçmiş KQB agenti Putin 1991-ci ildə sovetlərin dağılmasından sonra zamanla Rusiya siyasətində mühüm rola sahiblənib və nəhayət, o, ölkənin yeganə güc sahibnə çevrililib.

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA