İlham Əliyevin məktubuna erməni hüquq müdafiəçisindən reaksiya: "Biz dalandayıq..."

img

07-06-2014 [23:56]


"Ermənistan beynəlxalq arenada öz mövqeyini tamamilə itirmiş dövlətdir”. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Moskvada yaşaya erməni hüquq müdafiəçisi Arbak Xaçatryan Ermənistan mediasına müsahibəsində Astanadakı məlum rüsvayçı olayı şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident Serj Sərkisyan inadla real olmayan şeylər uğrunda mübarizə aparır: "Lukaşenko illər ərzində mübariz apardı və hansısa sərvəti, üstünlüyü olmaya-olmaya Moskva qarşısında heç olmasa, öz şərtlərini qoya bildi. Ermənistan prezidenti isə heç bir strateji yanaşma ortaya qoymur, heç bir diplomatik addım atmır və sakitcə oturub, Əliyevin (İlham Əliyevin Avrasiya İqtisadi İttifaqına ünvanlanan məktub nəzərdə tutulur- mia.az) məktubunu dinləyir. Ermənistan dəhşətli dərəcədə qorxulu və qibtə edilməyəcək duruma düşüb”. 

Xaçatryana görə, belə məktublar hələ çox olacaq: "Bu, hələ başlanğıcdır. Biz dalandayıq. Biz heç kimə lazım olmayan dövlətə çevrilirik. Astanada baş verənlər Ermənistanın, onun prezidentinin aşağılanması idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA