"Səbail"in kapitanı oyunda huşunu itirib

img

03-11-2023 [21:21]


"Səbail"in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirib.

Mia.az xəbər verir ki, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.

Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

Qeyd edək ki, birinci hissəsi başa çatan matçda "Turan Tovuz" 1:0 hesabı ilə öndədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA