Ərdoğan Tokayevə “Togg” hədiyyə etdi - FOTOLAR

img

03-11-2023 [15:27]


Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Cömert Tokayevə “Togg” hədiyyə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı üçün paytaxt Astanada olan prezident Ərdoğan zirvə toplantısından sonra Türkiyəyə qayıtmaq üçün Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına gedib.

Ərdoğan hava limanında Qazaxıstan prezidenti Tokayevə qara rəngli “Togg” hədiyyə edib.

Ərdoğan və Tokayev daha sonra "Togg"u incələyiblər. Daha sonra ikili xeyli müddət söhbət ediblər.

Bundan sonra  Ərdoğanı Qazaxıstan prezidenti Tokayev və digər rəsmilər yola salıb.

Xatırladaq ki, bu səfərdə Prezident Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, MİT sədri İbrahim Kalın, Prezident Ünsiyyət direktoru Fahrettin Altun müşayiət edibər.

Lamiyə ƏHMƏDLİ

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR