Netanyahu Baş Qərargah rəisini təkzib etdi: "Qəzzaya yanacaq tədarükünə icazə verməmişəm"

img

02-11-2023 [20:54]


"Qəzzaya yanacaq tədarükünə icazə verməmişəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Baş Qərargah rəisi Herzi Halevinin blokada olan Qəzza zolağına yanacağın tədarükü ola biləcəyi ilə bağlı açıqlamasına münasibətdə deyib.

Onun sözlərinə görə, Baş Qərargah rəisini söylədikləri doğru deyil: "Qəzzaya yanacaq tədarük olunmasına razılıq verməmişəm".

Xatırladaq ki, 7 oktyabrdan bəri İsrail Qəzzaya yanacağın girməsinə icazə vermir.

Fələstin Səhiyyə Nazirliyi isə elektrikin olmadığöı Qəzzada yanağacağında olmaması səbəbinndən xəstəxanalarda dəhşətli vəziyyət yarandığını bəyan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA