Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

img

02-11-2023 [16:34]


Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Şeniz Dervişoğlu Azərbaycanda saxlanılıb və qardaş ölkəyə ekstradisiya olunub.

Mia.az xəbər verir ki, o, qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.

Türkiyə vətəndaşı olan Ş.Dervişoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Türkiyə məhkəməsi Ş.Dervişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Türkiyəyə ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR