Prezident Fikrət Məmmədovla bağlı fərman verdi: nazirin MHŞ sədrliyindən azad olunması rəsmiləşdi

img

01-11-2023 [18:14]


Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

MİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, ədliyyə naziri Fikrət Məmmədov bir neçə ay əvvələ qədər MHŞ-nin sədri idi. Lakin İnam Kərimov Ali Məhkəmənin sədr təyinatından az sonra onu bu vəzifədə əvəzləyib. Paralel olaraq MHŞ yenidən formalaşdırılıb.

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA